F-1.az Toro Rosso komandasının Honda, McLaren komandasının isə Renault motorlarına keçəcəyi barədə söhbətlərin gəzdiyini bildirmişdi. Yeni müqavilə 2020-ci ilin sonuna – mühərriklərlə bağlı hazırki reqlamentin başa çatacağı vaxta qədər olacaq. McLaren-in Red Bull ilə eyni güc qurğularını alacağı bildirilir. Eyni zamanda Toro Rosso-nun da Honda ilə artıq müqavilə imzaladığı iddia olunur.
Digər maraqlı məsələ isə sürücülərlə bağlıdır. Çox güman ki, Fernando Alonsonun komandası ilə yeni müqavilə imzalayacağı, Karlos Saynsın isə Renault-ya keçəcəyi açıqlanacaq…