Bəziləri hesab edirlər ki, gələn il Lyuis Həmiltonun komanda yoldaşı Niko Rosberq olacaq, Heykki Kovalaynen isə komandasını dəyişməli olacaq. Kovalaynenlə müqavilənin uzadılması opsionunun vaxtı keçib, komanda bundan yararlanmayıb və finlandiyalı sürücüyə bir daha bildirilib ki, əgər münasibətlərin davamını arzulayırsa, mövsümün yerdə qalan yarışlarında uğur qazanmalıdır…
Martin Uitmarş: “Heykki komanda oyunçusudur, o öz işinin öhdəsindən əla gəlir, amma trasda özü də etiraf edir ki, uğur qazana bilmir – nə onun özünü, nə də komandanı qane edəcək nəticələr göstərə bilmir. Biz bir-birimizlə səmimi söhbət etdik, o mümkün hər bir şeyi edəcək.
Biz hamımız bu il Heykkidən yüksək nəticələr gözləyirdik. Biz istəyirik ki, o komandada qalsın və onun Valensiyada məqsədi qələbə uğrunda mübarizə aparmaqdır, o bir neçə dəfə sıralanma turlarında yaxşı nəticələr göstərib və yarışda da qalib gələ bilər. Ən yaxın yarışda qələbəyə köklənmək lazımdır, finişdən sonra isə növbəti yarışa.
Biz şayiələri şərh etmirik, amma mən təsdiq edə bilərəm ki, hazırda McLaren digər komandaların sürücüləri ilə danışıqlar aparmır. Mercedes tərəfindən təzyiq və alman sürücünün dəvət olunması? Marketinq nöqteyi nəzərindən sürücünün milliyəti heç bir rol oynamır, amma McLaren-in strategiyası iki ən yaxşı sürücünü dəvət etməkdir, biz bu strategiyaya gələcəkdə də sadiq qalacayıq.”[libt align=left]2009/kov1.jpg[/libt]