F-1.az xatırladır ki, McLaren 2005-ci ildən bəri Hilton-la tərəfdaşlıq edir və keçən il tərəflər arasında 2019-cu ilə qədər müqavilə bağlanmışdı. Amma keçən həftə müqavilə hər iki tərəfin razılığı ilə 2021-ci ilə qədər uzadılıb və rəsmi açıqlama bu gün gəlib. Yeni müqaviləyə əsasən, Hilton-un loqoları bolidin üzərində olmaqla yanaşı, sürücülərin kombinezonlarına da vurulacaq.
Zek Braun: “Hilton ilə aramızdakı ortaqlığı uzatmaq əla hissdir. On ildən çoxdur ki, onlarla əla münasibətimiz var. Hilton qlobal markadır. Biz onlardan razıyıq. Birlikdə çox şey edə bilərik”.