F-1.az xatırladır ki, McLaren-in yeni bolidi MCL33 Halonun dözümlülüyü üçün ağır yük testləri daxil olan çarpma testlərini ilk cəhddən keçmişdi.
Piter Prodromu: “Aerodinamika cəhətdən problemsiz deyil. Amma bununla mübarizə apara bilərik. Ən azından zərəri minimuma endirərik. Məncə, burada boşluqlar dəyərləndiriləcək. Əminəm ki, fərqli həll yolları tətbiq ediləcək. Lakin tətbiqetmə sahəsi dar olsa da, burada fürsətlər var. Hamı soyutma girişlərinin necə təsirlənməsini görəcək. Arxa qanad üzərindəki axıntı da dəyişəcək.
Burada qazanılan üstünlük qısamüddətli olacaq. Mövsümün yarısından sonra hamı bərabərləşəcək”.