McLaren Gulf ilə yollarını ayırıb

McLaren komandası tarixi sponsoru olan Gulf ilə yollarını ayırıb.

 

F-1.az xatırladır ki, tərəflər 2020-ci ildə yeni müqavilə imzalamışdılar. Daha sonra boliddə Gulf-un məşhur mavi və narıncı rəngləri istifadə edilməyə başlanmışdı. Hər şey yaxşı gedirdi. Hətta, 2021-ci ilin Monako yarışında Gulf üçün xüsusi rəng çaları düzəldilmişdi.

Amma tərəflər müqaviləni uzatmamaq qərarı alıblar.

Zek Braun: “Gulf ilə olan tərəfdaşlıq komanda tarixi üçün vacib yerə sahibdir. 2021-ci ildəki Monako yarışında olan rəng çaları daxil olmaqla əfsanəvi xatirələrimiz oldu. Qonaq otağımızda onlara həmişə yer olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*