F-1.az bildirir ki, McLaren Group artıq 3 bölmədən ibarət olacaq. Bunlar McLaren Applied Technologies, McLaren Automotive və McLaren Racing-dir.
Xatırladaq ki, şirkət əvvəllər McLaren Applied Technologies və McLaren Avtomotiv olmaqla iki hissəyə ayrılırdı – birincinin tərkibində yarış, marketinq və texnologiya şöbələri var idi.
Yeni quruluşdan sonra Conatan Nil McLaren Group-un, Zek Braun isə McLaren Racing-in rəhbəri təyin olunublar. Mayk Flyuit McLaren Automotive-in rəhbəri kimi qalacaq. McLaren Applied Technologies şöbəsinin başına isə yeni biri təyin ediləcək. McLaren komandasının yarış direktoru Erik Bulyenin vəzifəsində isə dəyişiklik olmayacaq və Zek Braunun nəzarətində qalacaq.
McLaren Group-un prezidenti Şeyx Muhammed bin Əssa əl Xalifa bu barədə belə danışıb: “Keçən il qrup olaraq yenidənqurma işlərinə və McLaren-in böyüməsinə fokuslandıq. Yeni quruluş daha bəsit iş mexanizmi üçün yaradılıb”.