F-1.az bildirir ki, həftənin ikinci günü F1 Komissiyası və Strateji İşçi Qrup toplantı edəcək və komanda rəhbərləri 2021-ci ildəki texniki və idman reqlamentlərini müzakirə edəcəklər.
Zek Braun: “McLaren üçün iki şey lazımdır. Kommersiya tərəfi hər cəhətdən məntiqli və ədalətli olmalıdır. İkincisi də, mübarizə aparmaq mümkün olmalıdır. Əgər belə olmasa, Formula1-dəki gələcəyimizi nəzərdən keçirəcəyik. Bizim istədiyimiz bu deyil. İnsanlar burada rəqabətədavamlı yarış komandası görmək istəyirlər.
Gəlirin paylanması daha balanslı olmalıdır. Komanda tarixinə görə də əlavə pul verilməlidir. Hamımız Ferrari-nin tarixinə görə daha çox pul alması ilə razıyıq, amma bu səviyyədə olmamalıdır. O pul yarışlarda istifadə edilməməlidir. Formula1-də hegemonluqlar olub, ancaq mükəmməl Formula1-də hegemonluqlar olmamalıdır. Bir komanda ardıcıl iki dəfə çempion ola bilər, ancaq beş və ya altı dəfə olmamalıdır”.