Dünən Red Bull komandasının başçısı Kristian Horner bildirib ki, McLaren maşınlarının arxa antiqanadının reqlamentə uyğun olması barədə izahat verməsi üçün FİA-ya müraciət edib. Bu antiqanad Barselona testlərinin son günü maşına qoyulub. Mövcud şübhələri dəf etmək üçün McLaren komandası FİA-nın texniki nümayəndəsi Çarli Uaytinqi konstruksiyanın qanuniliyini yoxlamağa dəvət edib…
Martin Uitmarş: “Biz doğrudan da innovasiyalı element hazırlamışıq, amma bundan əvvəl bir neçə ay biz Çarli Uaytinqlə məsləhətləşmişdik ki, konstruksiyanın reqlamentə uyğun olmasını təmin edək. Biz əminik ki, burda heç bir qanun pozuntusu yoxdur.”
FİA-nın nümayəndəsi Britaniyanın Daily Telegraph qəzetinə bildirib: “Biz bu elementdə heç bir problem görmürük, amma komandaalrdan biri bizdən izahat istəyib və biz McLaren tərəfindən dəvət olunmuşuq, odur ki, Çarli Uaytinq vəziyyəti yerində öyrənməyə gedəcək.”