McLaren komandası əmin edir ki, Bəhreyn Qran Prisi ərəfəsində MP4-25-in arxa antiqanadının konstruksiyasının leqallığı barədə narahatlıq keçirmir. Gözlənildiyinə görə, yaxın günlərdə FİA konstruksiyanın qanunauyğunluğunu təsdiq edəcək. Buna baxmayaraq, komanda bu aerodinamik elementin alternativ variantını hazırlayıb və Bəhreynə gətirəcək.
Yarış uik-endi başlamazdan əvvəl FİA-nın texniki nümayəndəsi Çarli Uaytinq McLaren-in yeni maşının təftiş edəcək, çünki Red Bull komandası federasiyadan arxa antiqanadın reqlamentə müvafiq olması barədə rəsmi izahat istəyib…
Conatan Nil, icraçı direktor: “Çarli təsdiq edəcək ki, on hər şey qane edir: biz bunu bir neçə dəfə demişik. Əlbəttə, yaxşı olardı ki, o bu problemi hələ FOTA üzvü olan komandaalrın nümayəndələri ilə Britaniyada görüşü zamanı həll edərdi, amma yenə də biz narahatlıq keçirmirik.
Biz Stefano Domenikali ilə və digər komandaalrın başçıları ilə söhbət etmişik, düzdür, hamı bu məsələdə aydınlıq istəyir. Elə bizim də rəqiblərimizin bəzi elementlərinə suallarımız var. Amma biz əminik ki, bizim maşınımız tam leqaldır.”
Amma Nil bildirib ki, komanda ehtiyat variant da hazırlayıb: “Bizim radikal fərqli konstruksiyamız yoxdur, amma heç vaxt stüardların qərarını qabaqcadan bilmək olmaz. Biz bu məsələdə FİA-nın məsləhətlərinə əsaslanmışdıq.
Buna baxmayaraq, əgər stüardlar əks qərar qəbule tsələr, biz onsuz da starta çıxmalıyıq. Ona görə də bizim ehtiyat variantımız var, amma inanmıram ki, bu variant bizə lazım olsun.”