F-1.az bildirir ki, Formula1-in ən titullu üçüncü komandası yeni rəng çalarını təqdim edib. McLaren keçən il Əbu Dabidə əsas sponsorlarından biri olan Vuse ilə Driven by Changes kampaniyasına başlamışdı. Bu il də az tanınan dizaynerlərə özlərini göstərmək üçün fürsət yaradıb.
McLaren bu il liviyalı rəssam Anna Tenqls ilə işləyib. Britaniya təmsilçisi papaya və mavi rəng çalarını qoruyub, amma Tenqlsın işlərinə saydpodda və ön qanadda yer verilib. Naxışlar bolidin görüntüsünə uyğunlaşıb.
Anna Tenqls: “Mən həmişə Formula1 azarkeşi olmuşam və heç vax tinanmazdım ki, sənət əsərim bir yarışda nümayiş olunacaq. Bu fürsət Driven by Changes kampaniyasının hesabına qarşıma çıxdı. Bu mənim üçün şərəfdir”.