McLaren-ə 2 funtluq qayka mane olub

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, 2 funt sterlinq dəyərindəki qayka onlara mane olub.

F-1.az xatırladır ki, McLaren testlərin ikinci günündə qazburaxma sistemindəki problemə görə çox az dövrə vura bilmişdi.

Erik Bulye: “Qazburaxma sistemində axmaq bir qayka qırıldı. Bu, 2 funt sterlinqlik problem idi və çox vaxt itirməyimizə səbəb oldu. Çünki bolidin arxasındakı hər şey yandı. Ötürmələr qutusunu və arxa tərəfi yenidən yığmalı olduq. Xərcimiz çıxmasa da, çox vaxt itirdik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*