F-1.az xatırladır ki, Honda 2015-2017-ci illərdə McLaren-i mühərriklə təchiz etsə də, çoxsaylı etibarlılıq problemləri yaşamış və komanda ilə yollarını ayırmışdı. Bu ayrılıqdan sonra yaponiyalı istehsalçı Toro Rosso ilə müqavilə bağlayıb və italyanlar birinci qış testlərinin ən çox məsafə qət edən komandası olmuşdular.
Xoan Villadelprat: “Renault mühərrik cəhətdən Honda-dan daha yaxşıdır, amma testlərin ilk həftəsinə baxdıqdan sonra doğru qərar verdiklərinə əmin deyiləm. McLaren aerodinamika cəhətdən çox inkişaf edib. Renault da onlara dəstək versə, daha yaxşı olacaqlar. Fernando podiuma çıxa bilər, amma asan olmayacaq. Bunun üçün çox işləməlidir. Renault motoru işləri birdən düzəldə bilməz. Yenə də 2019-cu ildə Red Bull-un Honda mühərriyinə keçəcəyini düşünürəm. Böyük potensialları var və istifadə edəcəklər”.