McLaren diffuzorun yeni versiyasını nümayiş etdirib

McLaren Apelyasiya Məhkəməsinin qərarından praktikada yararlanan ilk komanda olub, artıq Şanxayda gümüşü maşınlara leqallığı rəsmən qəbule dilmiş ikili diffuzorlar quraşdırılıb. […]

McLaren Apelyasiya Məhkəməsinin qərarından praktikada yararlanan ilk komanda olub, artıq Şanxayda gümüşü maşınlara leqallığı rəsmən qəbule dilmiş ikili diffuzorlar quraşdırılıb. Ekspertlərin fikrincə, bu keçid versiyadır, çünki tam versiya üçün daha böyük dəyişikliklər etmək lazımdır…

Yeni versiya hələ tamprofilli ikili diffuzor deyil, amma onun ölçüləri və forması tam dəyişilib. Maraqlıdır ki, komanda bu cür diffuzordan mövsümöncəsi Xeres testlərinin son günü istifadə etmişdi. Çox güman ki, o zaman komandanın konstruktorları hələ qışdan ikili diffuzorların üstünlüyünü vaxtında yüksək qiymətləndirib yeni versiyanın hazırlanmasına başlayıblarmış və FİA-nın bu elementlərin leqallığını təsdiq edəcəyini gözləyirlərmiş.

Ekspertlər qeyd edirlər ki, McLaren-in diffuzoru keçid xarakteri daşıyır: Brawn GP maşınlarında quraşdırılmış yüksək səmərəli konstruksiyanı belə qısa vaxtda hazırlamaq mümkün deyil, bunun üçün maşının arxa hissəsində ciddi dəyişikliklər edilməlidir: xüsusən də arxa təhlükəsizlik elementi və asılqanlar tam dəyişməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*