McLaren də məhkəmədə iştirak edəcək

Gələn həftə diffuzorların mübahisəli konstruksiyası müzakirə olunacaq FİA-nın Apelyasiya Məhkəməsinin iclasında McLaren komandasının da nümayəndələri iştirak edəcəklər – bunu federasiya […]

Gələn həftə diffuzorların mübahisəli konstruksiyası müzakirə olunacaq FİA-nın Apelyasiya Məhkəməsinin iclasında McLaren komandasının da nümayəndələri iştirak edəcəklər – bunu federasiya təsdiq edib. Xatırladaq ki, Avstraliya Qran Prisində Ferrari, Red Bull Racing və Renault komandaları Brawn GP, Toyota və Williams maşınlarındakı diffuzorların mübahisəli konstruksiyasına qarşı protest veriblər, lakin protest yarışın stüardları tərəfindən rədd olunub. Bundan sonra məsələ Apelyasiya Məhkəməsinə verilib, məhkəməninin iclası isə aprelin 14-ə təyin olunub.

Keçən həftə isə BMW Sauber komandası eyni protesti Malayziya Qran Prisində verib və stüardların rəddindən sonra o da məhkəməyə qoşulacağını elan edib. Bu gün isə bu barədə McLaren elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*