McLaren-də daxili mübarizə var?

McLaren sürücü proqramının üzvü Nik de Vris bildirib ki, McLaren-də yarışmaq şansı qazanmaq üçün Formula2-də Lando Norrisi məğlub etməlidir.

F-1.az xatırladır ki, Formula2 seriyası aprelin 7-də Bəhreyndə başlayacaq. De Vris və Norris fərqli komandalarda müarizə aparacaqlar. Amma hollandiyalı sürücünün işi çətin görünür. Çünki Norrisin karyerasına McLaren Group-un rəhbəri Zek Braun şəxsən nəzarət edir.

Nik de Vris: “Zek Braun mənə açıq dedi ki, karyeran öz əlindədir. Lando hazırda birinci seçimdir, çünki Zeklə arası yaxşıdır. Landonun atası nəzarət etməsi üçün Zekə pul verir. Amma gözləntiləri qarşılaya bilsəm, 2019-cu ildə Formula1-də yarışa biləcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*