F-1.az xatırladır ki, McLaren Racing və Britaniyanın idman geyim markası Castore tərəfdaşlıqlarının genişləndiyini açıqlayıblar. Bu ildən başlayaraq Castore F1 komandası üçün geyim, məhsul təchizatını davam etdirəcək və 2024-cü ildən etibarən şirkət McLaren-in IndyCar, Extreme E və Formula E komandaları üçün də geyim istehsal edəcək.
McLaren Racing heyətinin Lisenziyalaşdırma və Elektron Ticarət Direktoru Lindsi Ekhaus tərəfdaşlıq haqqında açıqlama verib: “Biz Castore ilə tərəfdaşlığımızı genişləndirməkdən çox məmnunuq. Bu əməkdaşlığın müsbət tərəflərini görürük. F1 idman növündən kənar McLaren-in yarış komandasının gücünü qiymətləndirən tərəfdaşların olması mühüm rol oynayır .Bunun üçün biz bu əməkdaşlığı növbəti mərhələyə daşımaqdan məmnunuq”.
McLaren-dən başqa yeni mövsümdə Castore Red Bull Racing-in rəsmi tərəfdaşı və geyim təchizatçısı olacaq.