McLaren bu il böyük yeniliklər gətirməyəcək

Komandadan bu il maşına ancaq kiçik toxunuşlar ediləcəyini, artıq mövcud paketdən maksimum performans əldə etməyə yönəldiklərini bildiriblər.

F-1.az xatırladır ki, MCL36 bu mövsüm gah ən güclü 3-cü, gah da 8-ci maşın kimi özünü göstərərək dəyişkən nəticələr əldə edib. Komanda 3 yarışı xalsız başa vurarkən, Emiliya Romanya Qran Prisində podiuma yüksəlib. Komanda isə bu qeyri-sabitliyin həllini böyük yeniliklərdə görmür.

Andreas Zaydl: “İndi vacib olan əlimizdəki paketdən maksimum performans əldə etməkdir. Daha sonra isə hansı xırda dəyişiklikləri edəcəyimizi görməyimiz lazımdır. Aerodinamik boruda nə qədər vaxt keçirəcəyimizə diqqət etməliyik. Keçən il zəif olduğumuz bəzi sahələrdə irəliləmişik. Məsələn, aşağı sürətli döngələrdə güclü deyildik. Buna görə də artıq maşınımızın bütün traslara uyğun olduğunu düşünürəm. Maşınların yeni olmasının da trasdan-trasa performans fərqinin çox olmasında rolu böyükdür. Bizim üçün enişli-yoxuşlu mövsümdür – mövsümə yaxşı start vermədik, lakin İmola və Melburnda güclü idik. Sonra yenə pis nəticələr əldə etdik, amma Monakoda yaxşı idik. Bunu həll etməliyik və daha sabit olmalıyıq”.

McLaren mövsümün əvvəlində onları çətinə salan əyləc problemlərini həll etdikdən sonra maşının potensialının olduğunu görüb və İspaniya yarışına böyük yeniliklər paketi ilə gəlib. Lakin eynimiqyaslı yeniliklərin həm büdcə limiti, həm də davam edən infilyasiyaya görə artan xərclər fonunda yenidən reallaşdırılması mümkün görünmür. Komandanın pilotu Norris düşünür ki, bəzi yarışlarda çox xal almaqları həm trasların xarakteristikasından, həm də rəqiblərinin zəif nəticə əldə etməyindən irəli gəlir.

Lando Norris: “Bəzi yarışlarda nəticələrimiz çox əla görünür, amma bu, sürətli olduğumuz mənasına gəlmir. Bəzən şanslı idik. Kanada Qran Prisi kimi, trasın maşınımıza uyğun olmadığı, şansımızın gətirmədiyi yarışlarda əslində harada olduğumuzu görürsüz”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*