F-1.az xatırladır ki, McLaren komandası 2015-ci ilin Macarıstan yarışından sonra ilk dəfə Rusiya yarışında hər iki sürücüsü ilə xal qazandı. Britaniyalılar İspaniya QP-yə yeniliklərlə gedəcəklər.
Erik Bulye: “İspaniya yarışı üçün vacib yeniliklərimiz var. Monako bizim üçün daha əlverişlidir. Orada rəqabətədavamlı olmalıyıq. Barselonada nələr olacağını deyə bilmərəm”.
Censon Batton da McLaren-in inkişafından razı qaldığını bildirib: “Komanda keçənilkinə nisbətə daha güclüdür. Qazandığımız xala baxanda da görərsiniz ki, keçənilkindən daha güclüyük.
Növbəti yarışlar bizim üçün çətin keçəcək, amma düşünürəm ki, Monakodakı yarışdan yaxşı xallar qazanacayıq”.