F-1.az xatırladır ki, bu il komandaları mövsümdən əvvəl Bəhreyndə cəmi bir üçgünlük test sessiyası gözləyir. Komandalar testlərdə vaxt itirmək istəmirlər, ona görə də qapalı şəxsi testlərdə sürücüləri üçün əvvəlki maşınalrla testlər təşkil edirlər ki, sürücülər ənənəvi ritmə asanlıqla düşə bilsinlər.
Keçən həftə Fyoranoda Robert Şvartsman, Karlos Sayns və Şarl Lekler də Ferrari ilə testlər keçiriblər.
McLaren Barselonada neçə gün keçirməsi barədə məlumat verməyib, amma aydındır ki, Norrisdən sonra komandanın debütantı Oskar Piastri sükan arxasına keçəcək.