F-1.az xəbər verir ki, McLaren rəqiblərindən fərqli hərəkət edib və təqdimatdan dərhal sonra MCL60-ı işə salmayıb. Komanda mühəndislərə bazada maşınla işləmək üçün daha bir neçə gün vaxt vermək qərarına gəlib. Artıq 23-25 fevralda mövsümöncəsi sınaqların keçiriləcəyi Bəhreynə gəldikdən sonra McLaren yenilikləri qiymətləndirə biləcək.
Bu gün MCL60 ilk dəfə çəkiliş günü ərəfəsində trasa çıxıb. Lando Norris əvvəlcə sükan arxasına keçsə də, günün sonunda onun komanda yoldaşı Oskar Piastrinin də trasda bir neçə dövrə sürmək imkanı əldə edəcəyi gözlənilir.