F-1.az xatırladır ki, Ayrton Senna ən böyük uğurlarını Britaniya komandası ilə qazanıb. O, McLaren-lə 3 dəfə Dünya Çempionu titulunu əldə edib.
McLaren komandası əfsanəsini unutmayıb və braziliyalı pilotu yad etmək üçün onun adını və loqotipini maşının halosuna həkk edib. Bu addım Senna Xeyriyyə Cəmiyyətinin də razılığını alıb.
Qeyd edək ki, Senna 1988-1993-cü illərdə McLaren-də çıxış edib və 3 çempionluq, 35 qələbə qazanıb.