F-1.az xatırladır ki, Monakoda yaxşı nəticə göstərərək 5-ci yeri tutmasına baxmayaraq, bolidin performansından narazı qaldığını və daha güclü mühərrik istədiyini demişdi.
Fernando Alonso: “İnkişaf edə biləcəyimiz sahələr var. Kanadaya bəzi yeniliklərlə, xüsusən də mühərrikdə yeniliklərlə gələcəyik. Görək şərti balları istifadə etdiymizdə daha güclü ola bilirikmi?”
McLarenin idman direktoru Erik Bulye bildirib ki, yenilənmiş mühərriyi Kanadada istifadə etməyəcəklər: “Yeni mühərrik Kanadada olacaq? Xeyr, qətiliklə deyə bilərəm ki, hələ də məlum deyil”.
Honda-nın mətbuat katibi isə bildirib ki, buna hələ də qərar verilməyib…