Xatırladaq ki, McLaren üçüncü ildir ki, gözlədiyini ala bilmədiyi Honda-dan artıq narazıdır. Bu narazılıq komanda rəhbərliyinin və Fernando Alonsonun Kanada Qran Prisi ərəfəsindəki çıxışlarında özünü aydın biruzə verib – Zək Braun belə gedərsə yaponlarla yollarını ayıracaqlarını, ispan sürücü isə 3 ay ərzində qələbə qazanmazsa, McLaren-i tərk edəcəyini bildirib.
Daily Mail-in məlumatına görə, əgər bu baş verərsə, McLaren motor tədarükçüsü Honda-nın onlara ödədiyi illik 100 milyon dollardan məhrum olacaq. Üstəlik, komandanın xərcləri artacaq – güc qurğularını almaq üçün əlavə vəsait tələb olunacaq. Ferandonun illik maaşının 25 milyon dollarlıq hissəsini ödəməyi McLaren Group-un səhmdarlarından Mənsur Occeyin öz üzərinə götürdüyü iddia olunur.
Mercedes bu məsələyə münasibət bildirməkdən imtina edib…