F-1.az xatırladır ki, Alonso yarışın son dövrəsində bolidi qaraja çəkmiş, Vandorn isə yarışı sonuncu yerdə bitirmişdi.
Jil de Ferran: “Almaniya yarışı bizim üçün pis keçdi. Yağış başlayanda Fernando ilə qumar oynadıq, amma yağış gözlədiyimiz kimi artmadı. Yağış təkəri üçün lazımi şərait yox idi. Bunun cəzasını çəkdik. Fernando həmişəki kimi mübarizə aparsa da, heyif oldu. Yarışın sonunda ötürmələr qutusu ilə bağlı narahatçılığımız var idi və buna görə Alonsonu yarışdan çəkdik. Stoffel üçün yarış sakit keçdi və yaxşı sürdü. Yarış ərzində problemlərlə boğuşurdu. Problemləri araşdırırıq, ancaq yarışın sonunda güclü idi. Yaxşı xalları əldən verdiyimiz üçün məyusam, çünki bolid və sürücü performansına görə xal ala biləcək formada idik”.