McLaren 2025-ci ildə rəqabətin kəskinləşəcəyini gözləyir

Mövsümün sonuna hələ çox qalsa da, McLaren-in işləri rəqiblərlə müqayisədə daha yaxşı gedir: komanda Mühəndislər Kubokunda 2-ci yerdədir və son vaxtlar ən sürətlə xal toplayır. Əgər bu tendensiya davam edərsə, komanda mövsümün sonunda Red Bull-a ciddi rəqib ola bilər.

F-1.az xəbər verir ki, McLaren Racingin icraçı direktoru Zek Braun artıq 2025-ci il üçün proqnozlar verib və rəqabətin daha da kəskinləşəcəyini gözlədiyini bildirib. Çünki digər komandalar da irəliləyə və son 1.5 ildə McLarenın əldə etdiklərini təkrarlaya bilərlər.

“Gələn il bizi inanılmaz dərəcədə gərgin mövsüm gözləyə bilər – sadəcə ona görə ki, çempionluq uğrunda mübarizə aparmaq şansı olan dörd komandanın hamısı inkişaf edəcək. Düşünürəm ki, ilk dördlükdəki hər hansı bir komandanı hesabdan silmək sadəlövhlük olardı”, – deyə Zek Braun bildirib.

2026-cı ilə gəldikdə isə Braun, eyni zamanda, həm həyəcan, həm də ruh yüksəkliyi hiss edir: “Çünki bizi nəyin gözlədiyini bilmirik. Mercedes-in effektiv mühərrik yaradacağına inanıram. Amma gecələr yuxudan oyanmağıma səbəb olan bir şey varsa, o da 2026-cı illə bağlı qeyri-müəyyənlikdir”.

McLaren-in əla mütəxəssislərinin gördüyü böyük işlər sayəsində komanda çox şeyə nail olub. Lakin indi bütün komandaların büdcələri eynidir və hamı eyni texnologiyalardan istifadə edir. Braunun sözlərinə görə, rəqiblərin McLaren-in əldə etdiklərini təkrarlamalarına mane ola biləcək səbəblər yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*