F-1.az xatırladır ki, komandalar 2021-ci ildən etibarən 18 düymlük təkərlərdən istifadə edəcəklər. Dünən trasa Karlos Sayns çıxsa da, hava şəraitinin pis olmasına görə istədiyi kimi işləyə bilməyib. Lakin bu gün sükan arxasına Norris keçib və günəşli gündə 106 dövrə vurub. Bu da iki yarış məsafəsinə bərabərdir.
Qeyd edək ki, britaniyalı sürücü bütün gün ərzində quru hava təkərləri ilə işləyib.