MCL33-ün B versiyası Barselonada debüt edəcək

Avropadakı ilk yarış olan İspaniya Qran Prisinə komandaların böyük yeniliklər gətirməsi artıq adət halını alıb. Bu dəfə ən çox dəyişiklik belə görünür ki, McLaren-də olacaq.

F-1.az Auto Motor und Sport-a istinadən xəbər verir ki, Uokinq mərkəzli komanda MCL33-ün mövsümün əvvəlində Melburna gətirməli olduğu, lakin Renault motoruna uyğunlaşması problemi meydana çıxdığı üçün üzərində işləməyi məcburi müvəqqəti dayandırdığı versiyasını Barselonada sürücülərin ixtiyarına verəcək. Maşının burun hissəsi, ön qanadı, altlığı və arxa hissəsi tamamilə yeni olacaq – söhbət MCL33-ün B verisyasından gedir.

Yeniliklər arasında ən vacibi aprelin 11-də FİA-nın məcburi çarpma testini keçmiş burun müqavimət sipəridir. Şayiələr gəzir ki, yeniliklər dizayn baxımından mövcüd versiyadan kəskin fəqlənəcək və Force İndia-nın texniki həllinə bənzəyəcək.

Yeniliklərin nə qədər üstünlük verəcəyi barədə komanda tərəfindən heç bir şey deyilmir. Lakin aerodinamik boruda əldə edilən nəticələrin ümidverici olduğu, komandanın orta qrupdakı rəqiblərini üstələdiyi bildirilir.

McLaren-in irəliyə doğru daha böyük bir addımı Kanadada atacağı gözlənilir. Renault mövsümün yeddinci yarışına mühərriyin yeni versiyasını gətirəcək. Barselonadakı yeniliklər səmərəli olarsa, Kanada Qran Prisindən etibarən daha sürətli MCL33 izləyə bilərik…

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*