Maykl Masi psixoloqa müraciət edibmiş

Maykl Masi Maks Ferstappenin ilk titulunu qazandığı Əbu Dabidə 2021-ci il Dünya Çempionatının mübahisəli finalından sonra F1-in yarış direktoru vəzifəsindən istefa vermişdi. Rəsmi araşdırmanın nəticələrinə görə, onun mövsümün nəticəsinə təsir edən səhvləri sübuta yetirilmişdi.

F-1.az xəbər verir ki, bu il Melburnda Masi ilk dəfə Avstraliya Superkarlar Seriyası Komissiyasının müstəqil sədri kimi Formula1 padokuna qayıdıb, məlum hadisədən sonra psixoloji yardım axtarmaqdan və yeni həyatı haqqında danışıb.

Avtodroma gedərkən Masi azarkeşlər tərəfindən fitə basılıb. Melburnda Lyuis Həmilton və Mercedes komandasının rəhbəri Toto Volff (“Maykl yox, yox”) ilə görüş olmayıb. Lyuis keçmişə deyil, gələcəyə fokuslandığını, ona görə də görüşməkdə heç bir məna görmədiyini söyləyib.

Maykl Masi: “Düzünü desəm, bir az əsəbi idim. Formula1-də işləmək və daimi səyahət həyatıma çox təsir etdi. Mən sözün əsl mənasında təyyarədə yaşayırdım. İndi yenidən evdə olmaqdan, yemək bişirməkdən, ailə və dostlarla vaxt keçirməkdən, toylarda və şənliklərdə iştirak etməkdən zövq alıram.

FİA-dan ayrılmalı olanda valideynlərimə sosial şəbəkələrdən uzaq durmağı tövsiyə etdim. Onlar çox zəhərli ola bilər. Bir çox cəhətdən sosial media əla vasitədir, lakin digər cəhətdən o qədər də böyük deyil.

Məni ölümlə hədələdilər. Bu çox böyük təsir etdi və mən peşəkar psixoloji yardım axtarmağa başladım. Yəqin ki, bunu etməli olduğumdan daha gec etmişəm. Çox vaxt psixi sağlamlığıma az diqqət yetirdim. Şükürlər olsun ki, indi vəziyyət sakitləşib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*