F-1.az xatırladır ki, keçən il trasa giriş yollarında tıxacın və digər problemlərin qarşısını almaq üçün oturacaqların sayı bilərəkdən məhdudlaşdırılmışdı, lakin o zaman da imkan daxilində bu rəqəmin daha da artırılması nəzərdə tutulmuşdu. İndi tribunaların tutumu 56 min nəfərə qədər artırılacaq, sərbəst giriş zonaları da genişləndiriləcək.
Avtodromun başçısı Tayler Epp bu barədə danışıb: “Keçən may ayında keçirdiyimiz ilk yarış kommersiya uğuru idi, bütün biletlər satıldı və həftəsonu trasa 240.000-dən çox tamaşaçı baş çəkdi. Yarışa maraq inanılmaz dərəcədə yüksəkdir və biz tribunaların tutumunu artırır, qonaqların yerlərini genişləndirir və sərbəst zonaya bilet alan şəxslər üçün imkanları yaxşılaşdırırıq.
Etdiyimiz hər şey azarkeşlərə misilsiz təcrübə təqdim etmək üçün nəzərdə tutulub ki, növbəti onillikdə Mayamidə keçiriləcək yarış hamının xüsusi maraqla gözlədiyi yarışlardan biri olsun”.
Mayami Qran Prisinin təşkilatçıları keçən ilki yarışın yerli biznes üçün iqtisadi təsirini 350 milyon dollar qiymətləndirirlər.