F-1.az xatırladır ki, 2017-ci ildə Ostində baş tutan yarışdan əvvəl belə bir mərasim keçirilmişdi – boksçu Maykl Baffer növbə ilə peletondakı sürücülərin adlarını elan etmiş, onların arxasında isə yarış kostyumları geyinmiş sənətçilər çıxış etmişdilər. Yarışın kuboku ilk cərgədən start alacaq Lyuis Həmilton və Sebastyan Fettelin ardıcıl dayanmasından sonra maşınlarının arasına qoyulmuşdu.
Bu mərasim sonradan çox tənqid edildiyindən və Liberty bir daha belə bir şey təşkil etməyə çalışmayıb. Bununla belə, bazar günü Mayamidə ikinci cəhd olacaq, lakin Racefans-ın fikrincə, mərasim Ostində beş il yarım əvvəl baş tutandan çox fərqli olacaq.
Qeyd edək ki, Mayami Qran Prisinin startı yerli vaxtla saat 15:30-a, yarışçıların təqdimatı isə saat 15:08-ə təsadüf edəcək. Bakı saatı ilə isə müvafiq olaraq, 23:30 və 23:08-də izləyə biləcəyik.