Mayamidə 3 DRS zonası olacaq

Formula1 tarixinin ilk Mayami Qran Prisində FİA rəsmən 3 DRS deteksiya və 3 DRS aktivasiya nöqtələrini təsdiq edib.

F-1.az bildirir ki, əgər deteksiya nöqtəsində iki maşın arasındakı interval 1 saniyədən az olarsa, onda arxadakı maşında aktivasiya nöqtəsində arxa qanadın hərəkətli elementini yuxarı qaldırmaq imkanı olacaq.

Qeyd edək ki, F1 tarixində ilk dəfə deteksiya və aktivasiya nöqtələri eyni düzlükdə yerləşəcək – arxa düzlüyün əvvəlində deteksiya nöqtəsində interval ölçüləcək, bir qədər sonra isə aktivasiya nöqtəsi yerləşir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*