Mayami trasında işlər davam etdirilir

Bu il ABŞ iki yarışa ev sahibliyi edəcək. Bunlardan biri ənənəyə uyğun olaraq, Ostində baş tutacaq, digər yarışı isə Mayami şəhəri qəbul edəcək.

F-1.az xəbər verir ki, 6-8 may tarixlərindəki yarış həftəsonuna bir neçə ay qalıb və trasdakı çalışmalar öz axarında davam edir. Bu gün yarışın təşkilatçıları sosial şəbəkələrdə trasın şəkillərini dərc ediblər. Şəkildə əvvəldən də qeyd edildiyi kimi, trasın Hard Rock stadionunu əhatələdiyi və maşınların park sahələrindən istifadə olunduğu görünür.

Çalışmalar yüksək templə davam etdiriləcək və təbii ki, yarışa qədər FİA da trasa Formula1 yarışını qəbul edə bilməsi üçün müvafiq lisenziyanı verməlidir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*