Mayami trasında dəyişiklik olacaq

Mayamidəki yarışın təşkilatçıları trasın pilotlar tərəfindən tənqid edilən bəzi yerlərini dəyişmək barədə qərar qəbul ediblər.

F-1.az xəbər verir ki, RacingNews365-in sözlərinə görə, əsas dəyişikliklər 14 və 15-ci döngələr arasındakı yavaş şikanaya təsir edəcək və bu, demək olar ki, tamamilə yenidən qurulacaq. Əvvəllər bu bölmə ötmələrə mane olduğuna görə pilotlar tərəfindən tənqid olunurdu. İndi şikana dəyişdiriləcək ki, maşınlar onu daha yüksək sürətlə keçə bilsinlər. Bundan başqa, Esteban Okonun məşqlərdən birində qəza etdiyi 14-cü döngədə baryerlər də dəyişdiriləcək. Bəzi yerlərə yeni asfalt döşəcənək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*