F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, sürücülər isə isinmə dövrəsinə yerli vaxtla 15:30-da yollanacaqlar. Bu zaman artıq yağış dayanmalı və tras qurumalıdır. Lakin su rezin qatını yuyub aparacaq.
Yarış saatlarında hava dəyişkən buludlu, temperatur təxminən +26 dərəcə olacaq, mülayim şərq küləyinin əsəcəyi gözlənilir. Fasiləli yağış yağacağı ehtimalı da var.