F-1.az xatırladır ki, ilk məşqlərdə Corc Rassell, sonrakı iki məşqlərdə isə Maks Ferstappen birinci olub. Poul uğrunda mübarizədə Serxio Peres qalib gəlib ki, bunda da son dəqiqələrdə baş verən qəzanın xüsusi rolu olub.
Pirelli buraya C2, C3 və C4 tərkiblərini gətirib. Okon, Ferstappen, Hülkenberq, Həmilton, Çjou, Tsunoda və Stroll sərt, McLaren sürücüləri yumşaq, qalanları isə orta təkərlərlə start alıblar.
Yarışa ilk cərgədən Peres və Alonso, ikinci cərgədən Sayns və Maqnussen, üçüncü cərgədən isə Qasli və Rassell başlayıblar.
Startda Peres üstünlüyünü qoruyub. Maqnussen üç mövqe itirib, Bottas Okon və Ferstappeni qabaqlayıb. Piastri Soft-larla beş yeri geri qazanıb və Norris de Friz ilə təmasdan sonra üç yer itirib. 2-ci dövrədə ilk onluq: Peres – Alonso – Sayns – Qasli – Rassell – Lekler – Maqnussen – Bottas – Ferstappen – Okon.
Sarcent üçüncü dövrədə məcburi pit-stop edib. Lekler və Maqnussen mübarizə apararkən Ferstappen ikisini eyni anda keçib. Norris də təkərlərini dəyişib, Okon Bottası qabaqlayıb. Piastri pit-stopa yollanan üçüncü sürücü olub.
Ferstappen 9 və 10-cu dövrələrdə Rassell və Qaslini də keçərək dördüncü yerə qədər yüksəlib. Dörd dövrə sonra isə Saynsı da geridə qoyaraq ilk üçlüyə yüksəlib. Maqnussen 1 dövrə sonra təkərlərini dəyişib, Ferstappenin növbəti qurbanı isə Alonso olub.
Həmilton Elbonu üstələyib, Qasli, Bottas və de Friz təzə təkərlərə keçiblər. Rassell və Lekler eyni anda pit yoluna üz tutublar. Sayns eyni addımı 2 dövrə sonra atıb. Peres əylənmədə səhvə yol verib. Sayns pit yolunda sürət həddini aşdığı üçün beş saniyəlik cəza alıb.
Peres Okonu keçib, Həmilton Hülkenberqi geridə qoyub. Stroll Rassellə mübarizədə ədalətsiz üstünlük əldə etdiyindən, onu irəli buraxmalı olub. Alonso da 25-ci dövrədə pit-stop edib, bir dövrə sonra Saynsı keçərək dördüncülüyə qalxıb.
Rassell Hülkenberqi məğlub edib, Alonso Okon və Saynsı ötüb. Həmilton fərqli strategiyada olan Rasselli komandasının xahişi ilə irəli buraxıb. Okon Saynsı keçsə də, ispan sürücü yerini bərpa edib. 38-ci dövrədə Rassell də Saynsı keçib. Həmilton pit-stop edib və bir qədər sonra Bottası üstələyib.
Ferstappen yalnız 46-cı dövrədə təkərlərini dəyişib və 1.5 saniyə geridə ikinci yerdə trasa qayıdıb. Lakin o liderliyi almaq üçün çox gözləməyib. Qalan dövrələrdə əhəmiyyətli bir hadisə baş verməyib.
Beləliklə, Maks Ferstappen mövsümdə üçüncü, karyerasında 38-ci qələbəsini qazanıb. Serxio Peres ikinci olaraq komandaya 26-cı qələbə dublunu qazandırıb. Fernando Alonso isə geridə qalan 5 yarışda dördüncü dəfə podiumun son pilləsinə yüksəlməyi bacarıb.
Bu yarışda bütün sürücülər finişə çatıblar
Mübarizə 2 həftə sonra İmolada davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Pit |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:27:38.241 | 1 |
2 | 11 | Serxio Peres | Red Bull | + 0:05.384 | 1 |
3 | 14 | Fernando Alonso | Aston Martin | + 0:26.305 | 1 |
4 | 63 | Corc Rassell | Mercedes | + 0:33.229 | 1 |
5 | 55 | Karlos Sayns * | Ferrari | + 0:42.511 | 1 |
6 | 44 | Lyuis Həmilton | Mercedes | + 0:51.229 | 1 |
7 | 16 | Şarl Lekler | Ferrari | + 0:52.988 | 1 |
8 | 10 | Pyer Qasli | Alpine | + 0:55.670 | 1 |
9 | 31 | Esteban Okon | Alpine | + 0:58.123 | 1 |
10 | 20 | Kevin Maqnussen | Haas | + 1:02.945 | 1 |
11 | 22 | Yuki Tsunoda | AlphaTauri | + 1:04.309 | 1 |
12 | 18 | Ləns Stroll | Aston Martin | + 1:04.754 | 1 |
13 | 77 | Valtteri Bottas | Alfa Romeo | + 1:11.637 | 1 |
14 | 23 | Aleksander Elbon | Williams | + 1:12.861 | 1 |
15 | 27 | Niko Hülkenberq | Haas | + 1:14.950 | 1 |
16 | 24 | Quanyu Çjou | Alfa Romeo | + 1:18.440 | 1 |
17 | 4 | Lando Norris | McLaren | + 1:27.717 | 1 |
18 | 21 | Nik de Friz | AlphaTauri | + 1:28.949 | 1 |
19 | 81 | Oskar Piastri | McLaren | +1 dövrə | 1 |
20 | 2 | Loqan Sarcent | Williams | +1 dövrə | 1 |
* – Saynsın nəticəsinə pit yolunda sürət hədini aşdığı üçün 5 saniyə əlavə edilib
Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:29.708 (56-cı dövrə, 217.184 km/saat)
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 1 | Maks Fertappen | Oracle Red Bull Racing | 119 | |
2 | 11 | Serxio Peres | Oracle Red Bull Racing | 105 | |
3 | 14 | Fernando Alonso | Aston Martin Aramco Cognizant F1 Team | 75 | |
4 | 44 | Lyuis Həmilton | Mercedes-AMG PETRONAS F1 Team | 56 | |
5 | 55 | Karlos Sayns | Scuderia Ferrari | 44 | |
6 | 63 | Corc Rassell | Mercedes-AMG PETRONAS F1 Team | 40 | |
7 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 34 | |
8 | 18 | Ləns Stroll | Aston Martin Aramco Cognizant F1 Team | 27 | |
9 | 4 | Lando Norris | McLaren F1 Team | 10 | |
10 | 10 | Pyer Qasli | BWT Alpine F1 Team | 8 | |
11 | 27 | Niko Hülkenberq | MoneyGram Haas F1 Team | 6 | |
12 | 31 | Esteban Okon | BWT Alpine F1 Team | 6 | |
13 | 77 | Valtteri Bottas | Alfa Romeo F1 Team Stake | 4 | |
14 | 81 | Oskar Piastri | McLaren F1 Team | 4 | |
15 | 24 | Quanyu Çjou | Alfa Romeo F1 Team Stake | 2 | |
16 | 22 | Yuki Tsunoda | Scuderia AlphaTauri | 2 | |
17 | 20 | Kevin Maqnussen | MoneyGram Haas F1 Team | 2 | |
18 | 23 | Aleksander Elbon | Williams Racing | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Honda RBPT | 224 |
2 | Aston Martin Aramco Cognizant F1 Team | Mercedes | 102 |
3 | Mercedes-AMG PETRONAS F1 Team | Mercedes | 96 |
4 | Scuderia Ferrari | Ferrari | 78 |
5 | McLaren F1 Team | Mercedes | 14 |
6 | BWT Alpine F1 Team | Renault | 14 |
7 | MoneyGram Haas F1 Team | Ferrari | 8 |
8 | Alfa Romeo F1 Team Stake | Ferrari | 6 |
9 | Scuderia AlphaTauri | Honda RBPT | 2 |
10 | Williams Racing | Mercedes | 1 |