F-1.az xəbər verir ki, liderlər bir gün əvvəl parametrlərin necə olacağına qərar veriblər, qalanları isə bu sessiya zamanı düşüncələrini sınaqdan keçiriblər. Lakin cümə gününə nisbətən daha az səhvlər olub.
Sürücülər bu həftə sonu çox vacib olan sıralanmaya hazırlıq üçün əsasən Soft təkərlərlə çalışıblar. Ən yumşaq təkərlər tez köhnəlir. Hülkenberq yeddinci döngədə, Elbon və Alonso 17-də, Norris birinci döngədə trasdan çıxıb, maşınlara heç bir zərər dəyməyib.
Maks Ferstappen dünən trasın rekordunu yeniləmişdi, bu gün isə bir neçə cəhddə onu daha da yaxşılaşdırıb. Yekunda isə 1:27.535-lik nəticə ilə ən yaxşı dövrəvi nəticəni göstərib.
ÜÇÜNCÜ SESSİYANIN NƏTİCƏLƏRİ
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:27.535 | – | 18 |
2 | 16 | Şarl Lekler | Ferrari | 1:27.941 | + 0:00.406 | 26 |
3 | 11 | Serxio Peres | Red Bull | 1:28.050 | + 0:00.515 | 22 |
4 | 55 | Karlos Sayns | Ferrari | 1:28.125 | + 0:00.590 | 27 |
5 | 31 | Esteban Okon | Alpine | 1:28.407 | + 0:00.872 | 25 |
6 | 10 | Pyer Qasli | Alpine | 1:28.428 | + 0:00.893 | 24 |
7 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:28.456 | + 0:00.921 | 19 |
8 | 27 | Niko Hülkenberq | Haas | 1:28.497 | + 0:00.962 | 16 |
9 | 23 | Aleksander Elbon | Williams | 1:28.561 | + 0:01.026 | 20 |
10 | 63 | Corc Rassell | Mercedes | 1:28.606 | + 0:01.071 | 20 |
11 | 20 | Kevin Maqnussen | Haas | 1:28.607 | + 0:01.072 | 14 |
12 | 14 | Fernando Alonso | Aston Martin | 1:28.618 | + 0:01.083 | 24 |
13 | 44 | Lyuis Həmilton | Mercedes | 1:28.718 | + 0:01.183 | 23 |
14 | 18 | Ləns Stroll | Aston Martin | 1:28.723 | + 0:01.188 | 24 |
15 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:29.074 | + 0:01.539 | 19 |
16 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:29.179 | + 0:01.644 | 20 |
17 | 2 | Loqan Sarcent | Williams | 1:29.264 | + 0:01.729 | 20 |
18 | 81 | Oskar Piastri | McLaren | 1:29.375 | + 0:01.840 | 18 |
19 | 4 | Lando Norris | McLaren | 1:29.401 | + 0:01.866 | 18 |
20 | 21 | Nik de Friz | AlphaTauri | 1:29.447 | + 0:01.912 | 22 |