Mayami-2023: Sıralanma turu

Mayamidə sıralanma turu həftəsonunun ən əsas sessiyası hesab olunur. Üstəlik bu il DRS zonaları da qısaldılıb.

Üstəlik, asfaltın da yenicə döşənməsi sürücülərə ən xırda səhvin belə problemə çevrilə biləcəyini deyir.

F-1.az xatırladır ki, cümə günü baş tutan ilk sərbəst yürüşdə Corc Rassell birinci olub, ikinci və bugünkü üçüncü məşqlərdə isə ən yaxşı nəticə Maks Ferstappendən gəlib.

Pirelli bura C2, C3 və C4 üçlüyünü gətirib. Soft-lar isti havaya görə olduqca tez aşınsalar da, böyük sürət fərqi sıralanma turunda ona müraciət edilməsinə səbəb olub.

İlk sessiyada hamı Soft-la trasa çıxıb, ardıcıl dövrələr vuraraq təkərləri ideal iş rejiminə gətirməyə çalışıblar. Bəzi sürücülər bir-birilərinə mane olublar, sıxlıq yaşanıb. Sayns Çjounun sürətli dövrəsinə əngəl olub, Maqnussen baryerə sürtündükdən sonra boksa qayıdıb. Ferstappen ən sürətli olub – 1.27.363. Sarcent, Piastri, Stroll, Tsunoda və Norris təsnifat mərhələsi ilə vidalaşıb.

İkinci Sessiyada da hamı Soft təkərlərlə bokslardan ayrılıb. Maks ilk cəhdində hamını keçib. Onun 1.27.110-luq nəticəsi əlçatmaz olub, Sayns sadəcə bir qədər yaxınlaşa bilib. İkinci cəhdlərdə Lekler önə keçsə də, Maks liderliyini qaytarıb. De Friz, Çjou, Həmilton, Hülkenberq və Elbon mübarizəni dayandırıb.

Son sessiyada 1:26.841-lik nəticə göstərən Peres protokollara başçılıq edib, Ferstappen isə səhvə yol verib. İkinci cəhdlərə isə Lekler mane olub – monakolu sürücü yeddinci dövrədə qəza edərək qırmızı bayraqlara səbəb olub. Bu da ikinci cəhdlərinə çıxan sürücülərə onları bitirmək imkanı verməyib. Sessiyanın bitməsinə 2 dəqiqədən xeyli az qaldığı üçün davam etdirilməyəcəyi elan edilib.

Serxio Peres mövsümdə ikinci, karyerasında isə üçüncü poulu qazanıb. Sabahkı yarışa onun yanından Fernando Alonso başlayacaq. İkinci cərgə Karlos Sayns və Kevin Maqnussenin, üçüncü cərgə isə Pyer Qasli və Corc Rassellindir.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 11 Serxio Peres Red Bull 3 1:27.713 8 5 1:27.328 8 1:26.841 4
2 14 Fernando Alonso Aston Martin 12 1:28.179 8 3 1:27.097 6 1:27.202 5
3 55 Karlos Sayns Ferrari 2 1:27.686 8 4 1:27.148 5 1:27.349 5
4 20 Kevin Maqnussen Haas 5 1:27.809 9 9 1:27.673 6 1:27.767 4
5 10 Pyer Qasli Alpine 10 1:28.061 9 8 1:27.612 6 1:27.786 5
6 63 Corc Rassell Mercedes 11 1:28.086 9 10 1:27.743 6 1:27.804 5
7 16 Şarl Lekler Ferrari 4 1:27.713 8 2 1:26.964 6 1:27.861 5
8 31 Esteban Okon Alpine 8 1:27.872 9 6 1:27.444 6 1:27.935 5
9 1 Maks Ferstappen Red Bull 1 1:27.363 6 1 1:26.814 6  – 3
10 77 Valtteri Bottas Alfa Romeo 7 1:27.864 10 7 1:27.564 4  – 1
11 23 Aleksander Elbon Williams 14 1:28.234 9 11 1:27.795 6
12 27 Niko Hülkenberq Haas 9 1:27.945 10 12 1:27.903 5
13 44 Lyuis Həmilton Mercedes 6 1:27.846 9 13 1:27.975 6
14 24 Quanyu Çjou Alfa Romeo 13 1:28.180 10 14 1:28.091 7
15 21 Nik de Friz AlphaTauri 15 1:28.325 10 15 1:28.395 6
16 4 Lando Norris McLaren 16 1:28.394 8
17 22 Yuki Tsunoda AlphaTauri 17 1:28.429 10
18 18 Ləns Stroll Aston Martin 18 1:28.476 8
19 81 Oskar Piastri McLaren 19 1:28.474 9
20 2 Loqan Sarcent Williams 20 1:28.577 10
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*