Mayami-2023: Mətbuat konfranslarının cədvəli

Mayamidə FİA-nın rəsmi mətbuat konfransları ənənəvi olaraq cümə axşamı baş tutacaq.

F-1.az xəbər verir ki, sürücülər həmişəki kimi, dörd qrupa bölünəcəklər – iki qrup mətbuat mərkəzində yazan jurnalistlərin suallarını cavablandıracaq, iki qrup isə televiziya kameraları qarşısına keçəcək.

Mətbuat mərkəzinə yollanacaq birinci qrupa Nik de Friz (AlphaTauri), Esteban Okon (Alpine), Şarl Lekler (Ferrari), Corc Rassell (Mercedes) və Loqan Sarcent (Williams) daxildir.

İkinci qrupda isə Quanyu Çjou (Alfa Romeo), Ləns Stroll (Aston Martin), Niko Hülkenberq (Haas), Lando Norris (McLaren) və Maks Ferstappen (Red Bull) yer alacaqlar.

Cümə axşamı qalan sürücülər telejurnalistlərin ixtiyarında olacaqlar.

Cümə günü isə komandaların nümayəndələri mətbuat mərkəzinə gələcəklər. Əvvəlcə jurnalistlərin suallarını Franz Tost (AlphaTauri), Toto Volff (Mercedes) və Kristian Horner (Red Bull) cavablandıracaqlar. Daha sonra onları Otmar Safnauer (Alpine), Günter Ştayner (Haas) və Zek Braun (McLaren) əvəz edəcəklər.

Sıralanma turu və yarışdan sonra günün ən yaxşı üçlüyü mətbuat mərkəzində jurnalistlərin suallarını cavablandıracaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*