Mayami-2023: İkinci sərbəst yürüşlər

Heç bir yerdə ikinci məşqlər bu qədər gec baş tutmur. Adətən bu sessiya təsnifat mərhələsi və yarışla üst-üstə düşür, lakin Mayamidə şənbə günü bu saatda təsnifat artıq başa çatacaq və bazar günü heç bir amil mane olmazsa, yarış da bitmiş olacaq.

F-1.az xəbər verir ki, tribunalar tam dolu olub.

İlk məşqdə çoxları asfaltla ilişmənin olmamasından şikayətlənib – trayektoriyada maşınlar çox sürüşüb, ona görə də ikinci sessiya Kevin Maqnussenin maneəyə toxunmasına baxmayaraq yoluna davam edə bilməsi ilə başlayıb.

Rassell yenə sükanın idarəeedilməsindəki problemlərdən şikayətlənib. O 11-ci, Elbon isə 17-ci döngədə səhvə yol veriblər, lakin bunun ciddi nəticəsi olmayıb. Lakin sonlara yaxın Leklerin 9-cu döngədəki qəzası qırmızı bayraqlara səbəb olub. Bir neçə dəqiqəlik fasilədən sonra məşqlər davam edib.

Protokollara 1:27.930-lik nəticə ilə Maks Ferstappen liderlik edib. Sərbəst yürüşlərin son sessiyası sabah baş tutacaq.

İKİNCİ SESSİYANIN NƏTİCƏLƏRİ

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 1 Maks Ferstappen Red Bull 1:27.930 23
2 55 Karlos Sayns Ferrari 1:28.315 + 0:00.385 26
3 16 Şarl Lekler Ferrari 1:28.398 + 0:00.468 20
4 11 Serxio Peres Red Bull 1:28.419 + 0:00.489 24
5 14 Fernando Alonso Aston Martin 1:28.660 + 0:00.730 25
6 4 Lando Norris McLaren 1:28.741 + 0:00.811 24
7 44 Lyuis Həmilton Mercedes 1:28.858 + 0:00.928 23
8 18 Ləns Stroll Aston Martin 1:28.930 + 0:01.000 23
9 31 Esteban Okon Alpine 1:28.937 + 0:01.007 25
10 23 Aleksander Elbon Williams 1:29.046 + 0:01.116 26
11 10 Pyer Qasli Alpine 1:29.098 + 0:01.168 22
12 20 Kevin Maqnussen Haas 1:29.171 + 0:01.241 22
13 24 Quanyu Çjou Alfa Romeo 1:29.181 + 0:01.251 27
14 77 Valtteri Bottas Alfa Romeo 1:29.189 + 0:01.259 26
15 63 Corc Rassell Mercedes 1:29.216 + 0:01.286 21
16 81 Oskar Piastri McLaren 1:29.339 + 0:01.409 24
17 27 Niko Hülkenberq Haas 1:29.393 + 0:01.463 22
18 22 Yuki Tsunoda AlphaTauri 1:29.613 + 0:01.683 25
19 21 Nik de Friz AlphaTauri 1:29.928 + 0:01.998 25
20 2 Loqan Sarcent Williams 1:30.038 + 0:02.108 27

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*