F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, cümə, şənbə və bazar günləri Mayamidə havanın + 31C-dək isti olacağı gözlənilir, yağış yağacağı, hətta onun tufana çevriləcəyi ehtimalı var.
Xatırladaq ki, ötən il Mayami Qran Prisinin bütün sessiyaları quru trasda keçirilib. Sürücülər isti havaya görə əziyyət çəkiblər və bu ildə eyni haldan ehtiyatlanırlar…