Mayami-2023: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları bu həftəsonu baş tutacaq Mayami Qran Prisinin nəticələri üçün əmsal cədvəllərini tərtib ediblər.

F-1.az xəbər verir ki, Bakıdakı qələbəyə baxmayaraq, idarənin əməkdaşları Floridadakı yarışın favoriti kimi Serxio Peresi deyil, onun komanda yoldaşı Maks Ferstappeni hesab edir. Hazırkı dünya çempionunun şansı meksikalının şansından 2.5 dəfə yüksək qiymətləndirilir. Şarl Lekler və Fernando Alonsonun qələbəsi üçün isə eyni əmsal verilir – 13.

Mayami Qran Prisində qələbə Əmsal
Maks Ferstappen 1.50
Serxio Peres 3.75
Fernando Alonso, Şarl Lekler 13.00
Lyuis Həmilton 26.00
Corc Rassell, Karlos Sayns 41.00
Ləns Stroll 151.00

 

Bakıdakı yarışdan sonra fərdi hesabda Maks Ferstappenin Serxio Peres üzərindəki üstünlüyü altı xala enib. Bununla belə, çempionluğu qazanmaqla bağlı mərcdə Maks böyük fərqlə öndədir – əmsallar müvafiq olaraq, 1.12 və 9-dur.

Çempionatda qələbə (sürücülər) Əmsal
Maks Ferstappen 1.12
Serxio Peres 9.00
Fernando Alonso, Lyuis Həmilton 29.00
Şarl Lekler 51.00
Corc Rassell 151.00
Karlos Sayns 251.00

 

Mühəndislər Kubokunda qalibin kim olacağına demək olar ki, şübhə yoxdur. Baxmayaraq ki, geridə cəmi 4 yarış qalıb…

Çempionatda qələbə (komandalar) Əmsal
Red Bull 1.02
Mercedes, Aston Martin 34.00
Ferrari 51.00
Alpine 1501.00
McLaren 2501.00
Alfa Romeo, AlphaTauri, Haas, Williams 2001.00
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*