Mayami-2023: Birinci sərbəst yürüşlər

Şənbə sprinti ilə Bakıda son mərhələdə cəmi bir məşq olmuşdusa və qırmızı bayraqlara görə qısaldılmışdısa, Mayamidə komandalar məşqlərin üç seansı ərzində yeni elementlərlə tam işləmək imkanı əldə ediblər.

F-1.az xəbər verir ki, on komandadan beşi Amerika trasına yeni elementlər gətirib. Xüsusilə, Ferrari-də bir sıra elemenlərlə maşınının təkmilləşdirməsi başlayıb. Alpine Bakıda sınaqdan keçirilmiş yeni altlıqla işləməyə davam edib. Mayamidəki stadionun ətrafındakı trası çətin ki, test meydanı adlandırmaq olar, lakin bu, mövsümün Avropa hissəsində başlayacaq ardıcıl üç Qran Pri seriyasından əvvəl sınaqdan keçirmək üçün yeganə fürsətdir.

Keçən il olduğu kimi, maşınlar testlərə trasda sürüşməklə başlayıblar, normal ilişmə yalnız trayektoriyada olub.

İlk dövrələr seriyası üçün hamı Hard və Medium tərkiblər seçib, Soft-a məşqin ikinci yarısında, asfalt işlənmiş rezinlə örtüləndən sonra keçiblər. Soyuq təkərlərdə Ferstappen və Peres ilk döngədə trasdan çıxıblar. İlk dövrədə Rassell sükandan şikayət edib və mexaniklər sükan çarxını dəyişdirərkən sessiyanın yarısını itiriblər. De Friz yerində fırlanıb – o, rəqiblərin keçməsini gözləyib və hərəkətə davam edib.

Yarım saatdan sonra sürücülər qısa dövrələr seriyasında Soft-a keçməyə başlayıblar ki, bu da nəticələrə təsir edib.

33-cü dəqiqədə isə sessiya qırmızı bayraqlarla dayandırılıb. Niko Hülkenberq maşını ikinci döngədə baryerə vurduqdan sonra qəzaya uğrayıb. Asılqanı sınmış maşını evakuasiya edilib, baryerkır təmir olunub – fasilə doqquz dəqiqə çəkib, sonra sürücülər yenidən trasa çıxıblar və demək olar ki, hamı son cəhdlər üçün Soft-u seçib.

Corc Rassell son dövrəsi ilə liderliyi ələ keçirib – 1:30.125. Nahardan sonra məşqlər davame dəcək

BİRİNCİ SESSİYANIN NƏTİCƏLƏRİ

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 6 Corc Rassel Mercedes 1:30.125 18
2 44 Lyuis Həmilton Mercedes 1:30.337 + 0:00.212 24
3 16 Şarl Lekler Ferrari 1:30.449 + 0:00.324 23
4 1 Maks Ferstappen Red Bull 1:30.549 + 0:00.424 22
5 55 Karlos Sayns Ferrari 1:30.724 + 0:00.599 23
6 10 Pyer Qasli Alpine 1:31.104 + 0:00.979 20
7 14 Fernando Alonso Aston Martin 1:31.231 + 0:01.106 24
8 18 Ləns Stroll Aston Martin 1:31.337 + 0:01.212 24
9 27 Niko Hülkenberq Haas 1:31.392 + 0:01.267 14
10 31 Esteban Okon Alpine 1:31.542 + 0:01.417 27
11 11 Serxio Peres Red Bull 1:31.566 + 0:01.441 22
12 81 Oskar Piastri McLaren 1:31.810 + 0:01.685 24
13 20 Kevin Maqnussen Haas 1:31.853 + 0:01.728 25
14 77 Valtteri Bottas Alfa Romeo 1:31.902 + 0:01.777 24
15 23 Aleks Əlbon Williams 1:31.903 + 0:01.778 25
16 4 Lando Norris McLaren 1:31.997 + 0:01.872 23
17 24 Quanyu Çjou Alfa Romeo 1:32.134 + 0:02.009 22
18 22 Yuki Tsunoda AlphaTauri 1:32.169 + 0:02.044 28
19 2 Loqan Sarcent Williams 1:32.619 + 0:02.494 27
20 21 Nik de Friz AlphaTauri 1:34.637 + 0:04.512 10
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*