F-1.az bildirir ki, artıq dünəndən dar trasda ötmələrin asan başa gəlməyəcəyi və sıralanma turunun çox şeyi həll edəcəyi məlum olub. Bugünkü məşqlərin ilk hissəsində sürücülər uzun dövrələrlə yarış simulyasiyası ediblər, daha sonra isə yumaq təkərlərlə sürətli dövrələr üzərində işləyiblər.
Dünən qəza edən Sayns və Bottasın maşını bu gün artıq hazır olub. İkinci məşqləri buraxan Ferstappen də ilk dəqiqələrdən trasa çıxıb. Burada insidentlərin çoxluğuna alışmışıq – Maqnussen 17-ci dövrədə yerində fırlanıb. Startdan 15 dəqiqə sonra isə sessiya qırmızı bayraqlarla dayandırılıb – Okon 14-cü döngədə, Saynsın düzən qəza etdiyi yerdə maşını divara vurub.
Okon maşını özü tərk edib və ənənəvi yoxlama üçün tibbi mərkəzə göndərilib. Trasın bu hissəsi dünəndən bəri “səhv generatoru” adlanır. TecPro qoruyucu maneələrinin burada olmaması da təhlükəni artırır və maşınlara ciddi zərər dəyir.
Məşqlər 13 dəqiqə sonra bərpa edilib. Ferstappen 15-ci döngədə səhvə yol versə də, əla reaksiya ilə maşını toqquşmadan qoruya bilib.
Ən yaxşı nəticəni Serxio Peres göstərib – 1:30.304. Bizi çox gərgin sıralanma turu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 11 | Serxio Peres | Red Bull | 1:30.304 | – | 21 |
2 | 16 | Şarl Lekler | Ferrari | 1:30.498 | + 0:00.194 | 23 |
3 | 1 | Maks Ferstappen | Red Bull | 1:30.649 | + 0:00.345 | 20 |
4 | 14 | Fernando Alonso | Alpine | 1:31.036 | + 0:00.732 | 18 |
5 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:31.049 | + 0:00.745 | 24 |
6 | 47 | Mik Şumaxer | Haas | 1:31.050 | + 0:00.746 | 19 |
7 | 55 | Karlos Sayns | Ferrari | 1:31.172 | + 0:00.868 | 24 |
8 | 20 | Kevin Maqnussen | Haas | 1:31.227 | + 0:00.923 | 20 |
9 | 23 | Aleksander Elbon | Williams | 1:31.501 | + 0:01.197 | 14 |
10 | 4 | Lando Norris | McLaren | 1:31.594 | + 0:01.290 | 18 |
11 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:31.659 | + 0:01.355 | 24 |
12 | 18 | Ləns Stroll | Aston Martin | 1:31.665 | + 0:01.361 | 22 |
13 | 3 | Daniel Rikkardo | McLaren | 1:31.728 | + 0:01.424 | 19 |
14 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:31.885 | + 0:01.581 | 26 |
15 | 44 | Lyuis Həmilton | Mercedes | 1:31.890 | + 0:01.586 | 20 |
16 | 10 | Pyer Qasli | AlphaTauri | 1:31.901 | + 0:01.597 | 18 |
17 | 63 | Corc Rassell | Mercedes | 1:31.924 | + 0:01.620 | 19 |
18 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:32.051 | + 0:01.747 | 16 |
19 | 6 | Nikolas Latifi | Williams | 1:32.376 | + 0:02.072 | 16 |
20 | 31 | Esteban Okon | Alpine | – | – | 3 |