F-1.az xatırladır ki, 3 təcrübəli sürücü – Bottas, Sayns və Okon məşqlərdə ciddi qəza ediblər. Fransız sürücünün bugünkü qəzası onu hətta sıralanma turunda iştirakdan da məhrum edib.
Dünənki məşqlərdə əvvəlcə Şarl Lekler, sonra isə Corc Rassell protokollara başçılıq ediblər, bu gün isə Serxio Peres hamıdan fərqlənib.
İlk Sessiyada demək olar ki, hamı kiməsə mane olub. Sıxlıqdan yayınmaq heç də bütün sürücülərə qismət olmayıb. Hər hansı insident baş verməyib, yalnız Alonso 16-cı döngədə sağ arxa təkərini divara toxundurub. Son dəqiqələrdə hamı üçüncü sektorda yavaşlayaraq önünün açılmasına çalışıb, bunun nəticəsində bəzi sürücülər son cəhdini edə bilməyib. Lekler 1:29.474-lük nəticə ilə birinci olub. Boksu tərk etməyən Okonla yanaşı Williams sürücüləri, Çjou və Maqnussen üçün sıralanma turu başa çatıb.
İkinci Sessiyada Ferstappen ilk cəhdində fərqlənib – 1:29.202. Rassell yaranan problemə görə yaxşı nəticə göstərə bilməyərək pitə qayıdıb. Daha sonra eyni problem yenə də onun sürətli dövrə vurmasına mane olub. Protokollara yenə Lekler başçılıq edib – 1:29.130. Şumaxer, Rikkardo, Fettel, Rassell və Alonso ilk onluğa düşə bilməyiblər.
Son sessiyada Ferstappen 89 saniyənin altına düşən ilk sürücü olub – 1:28.991. Hər iki Ferrari sürücüsü ona cüzi fərqlə uduzub. İkinci cəhdlərdə Ferrari sürücüləri nəticələrini yaxşılaşıdırıblar, Lekler və Sayns müvafiq olaraq birinci və ikinci yerə yüksəlib. Lakin Ferstappen ilk sektorda ciddi səhvə yol verib və sürətli dövrəsini tamamlamayıb.
Şarl Lekler mövsümdə üçüncü, karyerasında isə 12-ci poulunu əldə edib. Karlos Sayns ikinci olaraq Ferrari-yə tarixində 81-ci, 2019-cu ilin Meksika Qran Prisindən bəri isə ilk dəfə ən ön cərgəni zəbt etmək uğurunu qazandırıb. Sabah ikinci cərgədən yarışa başlayacaq sürücülər Maks Fersappen və komanda yoldaşı Serxio Peresdir. Üçüncü cərgə isə sabiq komanda yoldaşları Valtteri Bottas və Lyuis Həmiltonundur.
Sabahkı yarış çox maraqlı olacaq!
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 16 | Şarl Lekler | Ferrari | 1 | 1:29.474 | 9 | 1 | 1:29.130 | 9 | 1:28.796 | 7 |
2 | 55 | Karlos Sayns | Ferrari | 4 | 1:30.079 | 10 | 5 | 1:29.729 | 9 | 1:28.986 | 7 |
3 | 1 | Maks Ferstappen | Red Bull | 2 | 1:29.836 | 8 | 2 | 1:29.202 | 3 | 1:28.991 | 7 |
4 | 11 | Serxio Peres | Red Bull | 3 | 1:30.055 | 9 | 4 | 1:29.673 | 6 | 1:29.036 | 6 |
5 | 77 | Valtteri Bottas | Alfa Romeo | 15 | 1:30.865 | 6 | 6 | 1:29.751 | 8 | 1:29.475 | 6 |
6 | 44 | Lyuis Həmilton | Mercedes | 5 | 1:30.388 | 9 | 7 | 1:29.797 | 6 | 1:29.625 | 6 |
7 | 10 | Pyer Qasli | AlphaTauri | 14 | 1:30.779 | 10 | 10 | 1:30.128 | 6 | 1:29.690 | 6 |
8 | 4 | Lando Norris | McLaren | 13 | 1:30.761 | 9 | 3 | 1:29.634 | 7 | 1:29.750 | 6 |
9 | 22 | Yuki Tsunoda | AlphaTauri | 8 | 1:30.485 | 9 | 9 | 1:30.031 | 6 | 1:29.932 | 6 |
10 | 18 | Ləns Stroll | Aston Martin | 7 | 1:30.441 | 9 | 8 | 1:29.996 | 6 | 1:30.676 | 6 |
11 | 14 | Fernando Alonso | Alpine | 6 | 1:30.407 | 8 | 11 | 1:30.160 | 6 | ||
12 | 63 | Corc Rassell | Mercedes | 9 | 1:30.490 | 8 | 12 | 1:30.173 | 7 | ||
13 | 5 | Sebastyan Fettel | Aston Martin | 12 | 1:30.677 | 9 | 13 | 1:30.214 | 6 | ||
14 | 3 | Daniel Rikkardo | McLaren | 10 | 1:30.583 | 8 | 14 | 1:30.310 | 7 | ||
15 | 47 | Mik Şumaxer | Haas | 11 | 1:30.645 | 11 | 15 | 1:30.423 | 8 | ||
16 | 20 | Kevin Maqnussen | Haas | 16 | 1:30.975 | 11 | |||||
17 | 24 | Quanyu Çjou | Alfa Romeo | 17 | 1:31.020 | 9 | |||||
18 | 23 | Aleksander Elbon | Williams | 18 | 1:31.266 | 10 | |||||
19 | 6 | Nikolas Latifi | Williams | 19 | 1:31.325 | 10 | |||||
20 | 31 | Esteban Okon | Alpine | 20 | – | 0 |