Mayami-2022: İkinci sərbəst yürüşlər

Əksər traslarda ikinci məşqlər ən vacib sessiyalardan biri hesab olunur, lakin Mayamidə əksinədir. Çünki bu sessiyanın başlama saatına qədər sıralanma turu və yağış yağlmazsa, yarış başa çatacaq.

F-1.az bildirir ki, bu gün gözlənilənlərin əksinə, yağışsız keçib, sessiya başlayanda günəş artıq qürubda olub, temperatur bir qədər aşağı düşüb. Lakin asfalt rezin qatı ilə örtüldüyündən, vəziyyəti xeyli yaxşılaşıb. Sürücülər dərhal trasa çıxıblar.

Red Bull mexanikləri Ferstappenin bolidi üzərində işləyiblər. İlk sessiyada divarla yüngül təmasına görə riskə getməiblər və ötürmələr qutusu dəyişdirilib. Birinci məşqlərdə qəza edən Bottasın maşını isə tamamilə sökülüb və finlandiyalı sürücünün boksu tərk etməyəcəyi dəqiqləşib.

Sessiya insidentsiz ötüşməib – Peres 9-cu döngədə yerində fırlanıb, daha sonra isə Sans 13-cü döngədə ciddi qəzaya uğrayıb və qırmızı bayraqlar dalğalanıb. Sürücü müayinə üçün tibbi mərkəzə göndərilib. Fasilə 12 dəqiqə davam edib. Yenicə trasa çıxmış Ferstappen hidravlik problemlə qaşrılaşıb və buna görə Strolla mane olub. Sükan yaxşı işləməib, arxa ələcin qıfıllnaması onun alovlanması ilə nəticələnib. Maks pitə qayıdıb və sessiya onun üçün də başa çatıb.

Bir qədər sonra isə Latifi pit çıxışında motor güc itirdiyi üçün dayanıb. Onun maşını dərhal təxliyə edilib və 4 dəqiqə sonra restart verilib. Maqnussen yerində fırlanıb. Sürücülərin demək olar ki, heç biri nəticəsini yaxşılaşdıra bilməyib.

Protokollara Corc Rassell başçılıq edib – 1:29.938. Məşqlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 63 Corc Rassell Mercedes 1:29.938 18
2 16 Şarl Lekler Ferrari 1:30.044 + 0:00.106 21
3 11 Serxio Peres Red Bull 1:30.150 + 0:00.212 18
4 44 Luis Həmilton Mercedes 1:30.179 + 0:00.241 18
5 14 Fernando Alonso Alpine 1:30.372 + 0:00.434 20
6 4 Lando Norris McLaren 1:30.535 + 0:00.597 20
7 10 Pyer Qasli AlphaTauri 1:30.547 + 0:00.609 20
8 24 Quanyu Çjou Alfa Romeo 1:30.860 + 0:00.922 24
9 31 Esteban Okon Alpine 1:30.861 + 0:00.923 20
10 20 Kevin Maqnussen Haas 1:30.921 + 0:00.983 19
11 55 Karlos Sayns Ferrari 1:30.964 + 0:01.026 9
12 3 Daniel Rikkardo McLaren 1:31.208 + 0:01.270 23
13 22 Yuki Tsunoda AlphaTauri 1:31.260 + 0:01.322 23
14 5 Sebastyan Fettel Aston Martin 1:31.393 + 0:01.455 23
15 47 Mik Şumaxer Haas 1:31.587 + 0:01.649 21
16 18 Ləns Stroll Aston Martin 1:31.631 + 0:01.693 23
17 23 Aleksander Elbon Williams 1:31.710 + 0:01.772 21
18 6 Nikolas Latifi Williams 1:32.913 + 0:02.975 14
19 1 Maks Ferstappen Red Bull 1
20 77 Valtteri Bottas Alfa Romeo 0
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*