Mattia Binotto: Formula1-də heç nəyə zəmanət yoxdur…

Ferrari komandasının rəhbəri Mattia Binotto komandanın əməkdaşları qarşısında ən ciddi vəzifələr qoyub: onun sözlərinə görə, 2020-ci ildə Skuderiya çempionatda qələbə uğrunda mübarizə aparmalıdır, amma bunun üçün daha çox çalışmaq lazımdır.

“Formula1-də indiki kimi rəqabət səviyyəsi heç vaxt olmamışdı”, – deyə Binotto “Ferrari” jurnalına verdiyi müsahibədə bildirib. – Formula1 maşını çox mürəkkəbdir. Yalnız 1000 at qüvvəsinə sahib bir mühərrik qurmaq lazım deyil, həm də bunu hamıdan əvvəl etmək, problemi digərlərindən daha sürətli və daha yaxşı həll etmək vacibdir. Yaxşı nəticələr göstərmək üçün hər şeyimiz var.

Ancaq bizim idmanda heç nəyə zəmanət yoxdur. Buna görə də, 2020-ci ildə qələbə uğrunda mübarizə aparmaq üçün daha çox çalışmalıyıq, böyük markamızın bütün üstünlüklərindən və Ferrari azarkeşlərinin böyük bir ordusunun bizə verdiyi enerjidən tam istifadə etməliyik”.

F-1.az xatırladır ki, Binottonun ötən il qarşılaşdığı problemlərdən biri Sebastyan Fettel və Şarl Lekler arasındakı mövsüm ərzində getdikcə kəskinləşən rəqabət idi…

Mattia Binotto: “Aydındır ki, hər bir komanda rəhbərinin işləmək üçün öz yanaşma metodları var. Mühəndislik təcrübəmi nəzərə alaraq əminəm ki, bu vəziyyətdə sərt bir yanaşma ən yaxşısıdır. İnsanlar arasında şəxsi münasibətlər çox vacib bir cəhətdir.

İnsan amili istənilən təşkilat üçün uğurun əsasını təşkil edir. Yeganə şey açıqlıq və şəffaflıqdır: Sebastyan və Şarl son hədəfimizin nə olduğunu və hər bir yarış zamanı vəziyyətin necə inkişaf etdiyini başa düşməlidirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*