F-1.az xatırladır ki, buna qədər son dövrlərdəki komanda yoldaşları arasındakı ən böyük yaş fərqinə Mixael Şumaxer və Niko Rosberqin timsalında şahid olmuşduq – yeddiqat dünya çempionu Mercedes-dəki debütü zamanı öz həmyerlisindən 16 il, 5 ay, 22 gün böyük idi.
Bu sahədə rekord isə Formula1-in ilk illərinə təsadüf edir. 1955-ci ildə Lancia komandasında yoldaşlıq etmiş Lui Şiron və Eucenio Kastelotti arasındakı yaş fərqi 31 il, 2 ay, 7 gün olub…