F-1.az xatırladır ki, Felipe dünən keçirilən Avstraliya Qran Prisində 5-ci yeri tutub və mövsümə 10 xalla başlayıb. Valtteri isə 16-cı yerdən start alsa da, finişdə 8-ci olub və komandasına 4 xal qazandırıb.
Felipe Massa: “Yaxşı yarış oldu. Beşinci oldum və vacib xallar qazandım. Qırmızı bayraqdan sonra bir pit-stoplu strategiyaya keçdik və bu, bizə kömək etdi. Toro Rosso sürücülərini də məhz buna görə üstələdik. Nəticədən razıyam. Valtterinin də 16-cı yerdən başlayaraq 8-ci olması onun da yarışı yaxşı keçirdiyini göstərir”.
Valtteri Bottas: “Çətin bir həftəsonu oldu. Sıralanmalardan sonra cəza verildi və bu da mənim çıxışıma mənfi təsir göstərdi. Hədəfimiz daha yüksək yerləri tutmaq idi. Bəhreyndə daha yaxşısıni əldə etmək üçün çalışmalıyıq”.