Massa, Buemi, Klin və Sutil GPDA-ya qoşulublar

Keçən il Formula1 sürücülərinin həmkarlar ittifaqını (GPDA) çempionatın real qüvvəsi hesab etmək mümkün deyildi. GPDA-ya çempionatın ilk üçlüyü – Lyuis […]

Keçən il Formula1 sürücülərinin həmkarlar ittifaqını (GPDA) çempionatın real qüvvəsi hesab etmək mümkün deyildi. GPDA-ya çempionatın ilk üçlüyü – Lyuis Həmilton, Felipe Massa və Kimi Rəykkönen daxil deyildilər, amma ittifaqın sədri McLaren-in test sürücüsü Pedro de la Rosanın və iki direktorunun Fernando Alonso və mark Uebberin səyləri nəticəsində bu il GPDA çərgələrinə Kimidən başqa bütün sürücülər daxil olublar. Hələ mart ayında Lyuisin ittifaqa qoşulması elan olunmuşdu, indi isə məlum olub ki, onunla bir yerdə Felipe, Adrian Sutil, daha bir test sürücü Kristian Klin və çempionatın debütantı Sebasteyn Buemi də bu addımı atıblar…

Pedro de la Rosa: “İndi biz vahid qüvvəyik. GPDA-nın işlərində Lyuisin, Felipenin, Adrianın iştirakı bizim üçün çox vacibdir, amma mən şadam ki, onlarla birlikdə test sürücü Kristian Klin və debütant Sebastyen Buemi də bizə qoşulublar. Keçən il hamı üçün çətin oldu, xüsusilə Felipe bizdən gedəndən sonra, amma indi o qayıdıb, ittifaqa Lyuis də qoşulub, biz Kimi Rəykkönenini də inandırmağa çalışırıq – heyif ki, o hələlik bizimlə deyil, amma biz onun da razılığını almağa ümid edirik.”

GPDA-ya üzvlük bizim hamımız üçün vacibdir. Biz trasda mübarizə aparırıq, amma onun xaricində birlikdə bir çox problemləri həll edə bilərik. Mən hesab edirəm ki, bu gün bizim ittifaqımız heç vaxt olmadığı kimi güclüdür.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*