Maskot Alfa Romeo-nun yeni rəsmi təchizatçısıdır

Funksional işçi geyimlərinin əsas istehsalçısı olan MascotA lfa Romeo-nun yeni tərəfdaşı olub və 2023-cü ildə komandanın bazasının işçiləri bu Danimarka şirkətinin məhsullarını geyinəcəklər.

F-1.az xəbər verir ki, şirkətin loqotipləri yeni C43 adlanan maşının üzərində, həmçinin Alfa Romeo sürücülərinin, mexaniklərinin dəbilqələrində və kombinezonlarında görünəcək.

Alessandro Alluni Bravi, Sauber Qrupunun İdarəedici Direktoru və komandanın sözçüsü: “Biz Mascot və Alfa Romeo arasında əməkdaşlığın başlamasından məmnunuq. Keyfiyyət və təhlükəsizliyi öz əsas dəyərləri kimi qəbul edən bu şirkətlə birlikdə işləyəcəyik.
Bizim kimi, o da ən yüksək ekoloji standartları qoruyaraq öz məhsullarının dizaynında və istehsalında mükəmməlliyə çalışır. Şirkətin məhsullarının geniş çeşidi və keyfiyyəti belə partnyor seçilməsinin lehinə əsas arqumentlərdən biridir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*